Günün qoroskopu: yalan vədlərə aldanmayın

Günün qoroskopu: yalan vədlərə aldanmayın

Qoç - qətiyyətli və əzmkar olun. Bu günə təyin edilmiş danışıqlar, sövdələşmələr və anlaşmalar məhsuldar, qarşılıqlı sərfəli əməkdaşlığın əsasını qoyacaq.

Buğa - seminar və konfransda uğur qazana bilərsiniz. Faydalı tanışlıq ehtimalı var. Səfər əhvalınızı yaxşılaşdıra bilər. Şəraitin dəyişdirilməsi hər baxımdan xeyirdir. Yaradıcı potensial yüksəlir, xeyli maraqlı ideyalar yaranır.

Əkizlər - yalan vədlərə və şirnikləşdirici təkliflərə aldanmayın. Yeni, hətta ən çətin işlərə başlaya bilərsiniz. Belə işlərin öhdəsindən gələcəksiniz.

Xərçəng - ən mühüm işlərlə günün ilk yarısında məğul olun. Məhz bu zaman ən böyük uğurlara nail ola bilərsiniz. Danışıqlar məhsuldar olacaq. Mənfəətli və sərfəli sövdələşmələrə nail olacaqsınız.

Şir - iş yerini dəyişmək, yeni tərəfdaşlarla əməkdaşlığa və ya layihəyə başlamaq üçün əlverişli vaxtdır. Peşəkar müstəvidə qarşınızda yeni, cazibədar perspektivlər açılır.

Qız - xoşagəlməz sürprizlər vəd edir. Lakin nikbinliyi itirməyin. Dostlar və qohumlar niyyətlərinizi dəstəkləyəcəklər. Axşam saatları maraqlı görüşlər, sevdiyiniz insanla özəl ünsiyyət vəd edir.

Tərəzi - uğurlu gündür. Ən yaxşı məziyyətlərinizi nümayiş etdirə bilərsiniz. Sizə maraqlı olan insanın dəstəyinə və ya rəğbətinə nail ola bilərsiniz.Əqrəb -  hüquqi məsələlərin həlli, dövlət qurumlarının mənsubları ilə ünsiyyət üçün pis gün deyil. Yeni işgüzar perspektivlər yaranır.

Oxatan - səfər və ezamiyyət üçün düşərli gündür. Uzaqdan gəlmiş insanla ünsiyyət, yeni plan və ya birgə fəaliyyət məcrasının nəzərdən keçirilməsi mümkündür.

Oğlaq - hədəfə çatmaq üçün bütün vasitələrdən istifadə edin. Evdə təmir planlaşdırıbsınızsa, zəruri materialları, boya və s.-ni almağa tələsin. Qarşıdan yay gəlir, qiymətlər qalxacaq.

Dolça - danışıqlar və mühüm məsələlərin müzakirəsi üçün əlverişli vaxtdır. Xoş təsir bağışlamaq istədiyiniz insanla görüşün. İctimai həyatda fəal iştirak edin, xeyriyyə tədbirlərinə qatılın. Nüfuzlu insanların diqqətini cəlb etmək, onlardan dəstək almaq şansı var.

Balıqlar - təcrübə mübadiləsi, başqalarının ideyalarının müzakirəsi, konfrans və seminarda iştirak üçün yararlı gündür. Yeni nə isə öyrənmək imkanını əldən verməyin, dünyagörüşünüzü artırın.(millli.az)


OXŞAR XƏBƏRLƏR

İranda avtobus qəzası olub, 8 nəfər ölüb

İranın cənub əyaləti Farsda avtobusun aşması nəticəsində 8 nəfər həlak olub, 15 nəfər xəsarət alıb.   Sfera.az “Report”a istinadən xəbər ...

Bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

İyulun 20-22-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.   Sfera.az xəbər verir ki, bu haqda xəbərdarlığı ...

Əfsanəvi “KVN”çinin adı şöhrət xiyabanına yazıldı - FOTO

“Bakılı oğlanlar” KVN komandasının əfsanəvi kapitanı Anar Məmmədxanovun xatirəsinə şöhrət ulduzu verilib.   Sfera.az Bizim.Media-ya istin...

Dünya liderləri İlham Əliyevdən çox şey öyrənə bilər - Sergey Markov

Dünya liderləri Prezident İlham Əliyevdən çox şey öyrənə bilər, zəfərin sirrinin nədən ibarət olduğunu anlayarlar.   Sfera.az Trend-ə istinadən xəbər...

Odlar Yurdu Universitetinin nümayəndələri Çinə səfər ediblər - FOTO

Odlar Yurdu Universitetinin Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektoru, dosent Qabil Qafarovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Re...

Moskvadakı Azərbaycan diasporu fəaliyyətini dayandıra bilər

"Moskva vilayətindəki Azərbaycan diasporu fəaliyyətini dayandıra bilər".   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, bu haqda Azərbayca...