Dərsliklərdə dəyişiklik ediləcək - VİDEO

Dərsliklərdə dəyişiklik ediləcək - VİDEO

Bəzi dərsliklərdə dəyişiklik ediləcək. İlk dəfə olaraq xarici dil tədrisində istifadə olunan dərsliklərin beynəlxalq mütəxəssislərin iştirakı ilə hazırlanması nəzərdə tutulur.

 

Xezerxeber.az məlumat verir ki, bu barədə Təhsil Nazirliyinin illik hesabatında çıxış edən nazir Mikayıl Cabbarov məlumat verib. Nazir, təhsilin məzmununun təkmilləşdirilməsi məqsədilə xarici dillərin tədrisi üzrə bir sıra layihələrin hazırlandığını qeyd edib.

Nazir, bu cür pilot layihələrin bir çox fənn dərsliklərində də tətbiq ediləcəyini bildirib.

Mikayıl Cabbarov uğurlu təhsil sisteminin məzunu və bunun əmək bazarındakı yeri məsələsinə də toxunub. O qeyd edib ki, hazırda ibtidai sinfə gedən şagirdlərin 65 faizi gələcəkdə elə iş yerlərində çalışacaqlar ki, o iş yerləri bu gün mövcud deyil.

Mikayıl Cabbarov məzunların uğurlu kadr olmaları üçün zəruri faktorları da sadalayıb.

O həmçinin qeyd edib ki, İqtisadiyyat Nazirliyi ilə memorandum imzalanması nəzərdə tutulur. Məqsəd əmək bazarı üçün lazımi kadrların hazırlanmasıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


OXŞAR XƏBƏRLƏR

İranda avtobus qəzası olub, 8 nəfər ölüb

İranın cənub əyaləti Farsda avtobusun aşması nəticəsində 8 nəfər həlak olub, 15 nəfər xəsarət alıb.   Sfera.az “Report”a istinadən xəbər ...

Bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

İyulun 20-22-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.   Sfera.az xəbər verir ki, bu haqda xəbərdarlığı ...

Əfsanəvi “KVN”çinin adı şöhrət xiyabanına yazıldı - FOTO

“Bakılı oğlanlar” KVN komandasının əfsanəvi kapitanı Anar Məmmədxanovun xatirəsinə şöhrət ulduzu verilib.   Sfera.az Bizim.Media-ya istin...

Dünya liderləri İlham Əliyevdən çox şey öyrənə bilər - Sergey Markov

Dünya liderləri Prezident İlham Əliyevdən çox şey öyrənə bilər, zəfərin sirrinin nədən ibarət olduğunu anlayarlar.   Sfera.az Trend-ə istinadən xəbər...

Odlar Yurdu Universitetinin nümayəndələri Çinə səfər ediblər - FOTO

Odlar Yurdu Universitetinin Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektoru, dosent Qabil Qafarovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Re...

Moskvadakı Azərbaycan diasporu fəaliyyətini dayandıra bilər

"Moskva vilayətindəki Azərbaycan diasporu fəaliyyətini dayandıra bilər".   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, bu haqda Azərbayca...