Pişik saxlamaq təhlükəlidir? - Bu xəstəlik yaranır...

Pişik saxlamaq təhlükəlidir? - Bu xəstəlik yaranır...
Kateqoriya məlum deyil
T

Elm adamlarının apardığı son araşdırmalar olduqca maraqlı və bir o qədər də narahatlıq doğuran faktı üzə çıxarıb. Belə ki, evdə pişik saxlamaq şizofreniya və bənzər psixi pozuntuların yaranma ehtimalını ciddi şəkildə artırır.

 

Sfera.az xəbər verir ki, Avstraliyanın Kvinslend Psixi Sağlamlıq Araşdırmaları Mərkəzinin mütəxəssisləri pişik sahibliyi ilə şizofreniya xəstəliyi arasında birbaşa əlaqənin olduğunu müəyyən ediblər. Mütəxəssislər genişmiqyaslı analiz çərçivəsində 1980-2023-cü illər arasında 11 müxtəlif ölkədə keçirilən 17 elmi araşdırmanın nəticələrini nəzərdən keçiriblər.

 

Siyahıyaalınma və təhlillərin yekununda məlum olub ki, həyatının müəyyən dövründə pişiklərlə sıx təmasda olan şəxslərdə şizofreniya və bu qəbildən olan psixoloji rahatsızlıqların inkişaf riski digərləri ilə müqayisədə təxminən iki dəfə yüksəkdir.

 

"Science Alert" nəşrinin yaydığı məlumata görə, elm adamları bu qorxulu bağlantının əsas səbəbi kimi "Toxoplasma gondii" adlı paraziti göstəriblər. Pişiklərin orqanizmində vizual simptom vermədən yaşaya bilən bu parazit, heyvanın nəcisi ilə təmas, yaxşı bişməmiş ət və ya çirkli su vasitəsilə insanlara ötürülür. İnsana keçdikdən sonra mərkəzi sinir sisteminə nüfuz edən parazit, beyindəki neyron fəaliyyətinə təsir göstərərək bəzi nevroloji və psixiatrik xəstəliklərin təməlini qoyur.

 

Bununla belə, tədqiqatçılar dərhal panikaya düşməməyi tövsiyə ediblər. Çünki mövcud statistik məlumatlar pişiklərin şizofreniyaya birbaşa səbəb olduğunu mütləq şəkildə sübut etmir, sadəcə risk faktorunu ortaya qoyub. Araşdırma qrupu məsələ ilə bağlı daha dəqiq və qəti nəticələrə gəlmək üçün daha geniş auditoriyanı əhatə edən, yüksəkkeyfiyyətli yeni klinik tədqiqatların aparılmasına ehtiyac olduğunu bildirib.

 

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ