Kitabxanalarda oxucu sayı şişirdilir? – Fərid Cəfərovdan AÇIQLAMA

Mədəniyyət nazirinin müavini Fərid Cəfərov bəzi kitabxanalarda real və statistik göstəricilər arasında fərqin olduğunu bildirib.
Sfera.az xəbər verir ki, o, kitabxanaların fəaliyyətinin qiymətləndirilməsi zamanı mövcud sistemin müəyyən problemlər yaratdığını deyib.
Nazir müavininin sözlərinə görə, hazırkı qaydalara əsasən kitabxanaların kateqoriyası və əməkhaqqı göstəriciləri əsasən oxucu sayı ilə müəyyənləşdirilir.
"Bir sıra kitabxanalarda real oxucu sayı ilə təqdim olunan statistik oxucu sayı arasında çox böyük uçurumun olduğunu görmüşük. Düşünürəm ki, bu problemlə burada iştirak edənlərin bir çoxu da rastlaşıb", - F.Cəfərov bildirib.
O qeyd edib ki, yeni modeldə statistik göstəricilərdən daha çox real fəaliyyət və xidmət keyfiyyəti əsas götürüləcək.
Firuzə Əliyeva
Sfera.az
