Uşaqların sosial mediadan istifadəsinə münasibət necədir? - SORĞU

Uşaqların sosial mediadan istifadəsinə münasibət necədir? - SORĞU
Kateqoriya məlum deyil
T

"2025-ci ilin dekabrında 1100 respondent arasında keçirilən mötəbər ictimai rəy sorğusunun nəticələrinə əsasən, Azərbaycanda insanların 87.3%-i 16 yaşdan aşağı uşaqların sosial mediadan istifadəsinin tənzimlənməsi təklifini dəstəkləyir. 11.1%  təkliflə razılaşmır, 1.6% bu barədə fikir bildirmir". 

 

Sfera.az bu məlumatı millət vəkili Zahid Oruc Milli Məclisin İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı açıqlayıb.

 

Z.Oruc qeyd edib ki, uşaqların sosial mediadan istifadəsinin tənzimlənməsi təklifləri əhalidən gəlir, bu, sosial sifarişdir:

 

"Məktəbyaşlı övladı olanların 90.5%-i  təklifə müsbət yanaşır. Nisbətən tənqidi yanaşma gənclərin və ali təhsillilərin rəylərində önə çıxır.
Valideynlərin əhəmiyyətli hissəsinin sosial medianı uşaqlar üçün zərərli hesab etməsinə baxmayaraq, məktəbyaşlı uşaqların ən çox istifadə etdiyi sosial media platformaları kimi ilk sıralarda "YouTube" (69.1%), "WhatsApp" (47.9%) və "TikTok" (33.0%) qərarlaşır".

 

Firuzə Əliyeva
Sfera.az

 

PAYLAŞ