Toz basmış əlil arabası, sahibsiz oyuncaqlar... - "Qəzza Evi"ndən FOTOREPORTAJ

Toz basmış əlil arabası, sahibsiz oyuncaqlar... - "Qəzza Evi"ndən FOTOREPORTAJ
Kateqoriya məlum deyil
T

Türkiyədə – Üsküdarda "Gazze mektupları" adlı bir ev, daha doğrusu xarabılığı xatırladan bir tikili qurulub.

 

Həmin o evə daxil olan kimi qəribə bir səssizlik adamın üstünə çökür. Elə bil şəhərin səs-küyü, turistlərin nəşəsi qapının arxasında qalır. İçəridə isə elə çox şey yoxdur - dağıntı, qaranlıq divarlar və toz basmış əşyalar. Divarlardakı çatlar, yerə səpələnmiş məktublar, toz basmış əlil arabası…

 

Ən çox uşaqlara aid hissələr insanı sarsıdır. Dağıntılar arasında qalan oyuncaq maşın, divardakı güllə izləri və körpəsini qucaqlayan balaca qızın fotosu… O şəklə baxanda adam anlayır ki, müharibə ən çox uşaqlara təsir edir. Ya da bizə bu mənzərə daha ağır gəlir...

 

Bir küncdə “Gazze Mektupları” yazılmış ekran da var – insanlar Qəzzaya məktub yazsın deyə. Kimisi dua edirdi, kimisi sadəcə “unutmarıq” , "yanınızdayıq" yazırdı. O evdə sadəcə bir neçə dəqiqəlik qalmaq belə, insanı narahat edir, vahimələndirir.

 

Əzizə Zeynal 

 

Ətraflı fotolarda: 

 

Gallery image 1
Gallery image 2
Gallery image 3
Gallery image 4
Gallery image 5
Gallery image 6
Gallery image 7
Gallery image 8
Gallery image 9
Gallery image 10
Gallery image 11
Gallery image 12
Gallery image 13
Gallery image 14
Gallery image 15
Gallery image 16
Gallery image 17
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
Thumbnail 4
Thumbnail 5
Thumbnail 6
Thumbnail 7
Thumbnail 8
Thumbnail 9
Thumbnail 10
Thumbnail 11
Thumbnail 12
Thumbnail 13
Thumbnail 14
Thumbnail 15
Thumbnail 16
Thumbnail 17
PAYLAŞ