Bakı-Tbilisi qatarının qiymətləri bəlli oldu - Məbləğlər

Bakı-Tbilisi qatarının qiymətləri bəlli oldu - Məbləğlər
Kateqoriya məlum deyil
T

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Tbilisi-Bakı marşrutu üzrə hərəkət edəcək müasir sərnişin qatarlarında tətbiq olunacaq Komfort + tarifləri açıqlayıb.

 

Sfera.az xəbər verir ki, marşrut üzrə sərnişinlərə Komfort, Komfort + və Lüks olmaqla üç sinif üzrə xidmət göstəriləcək.

 

Səfərlər ADY-nin yataq tipli vaqonlardan ibarət ən müasir qatarları ilə həyata keçiriləcək.


Artıq müxtəlif istiqamətlər və siniflər üzrə minimal gediş haqları bəllidir.


Komfort sinfi üzrə minimal tariflər:


Bakı – Tbilisi: 81 AZN
Yevlax – Tbilisi: 67 AZN
Gəncə – Tbilisi: 62 AZN
Ağstafa – Tbilisi: 57 AZN
Böyük Kəsik – Qardabani: 51 AZN
Komfort + sinfi üzrə minimal tariflər:
Bakı – Tbilisi 117 AZN
Yevlax – Tbilisi: 94 AZN
Gəncə – Tbilisi: 86 AZN
Ağstafa – Tbilisi: 78 AZN
Böyük Kəsik – Qardabani: 68 AZN


Qatarlarda daha yüksək xidmət səviyyəsini nəzərdə tutan "Lüks" sinfi üçün də tariflərin tətbiq olunub.

 

Lüks sinfi üzrə minimal qiymətlər isə belədir:


Bakı-Tbilisi: 180 AZN
Yevlax-Tbilisi:144 AZN
Gəncə-Tbilisi: 132 AZN
Ağstafa-Tbilisi: 120 AZN
Böyük Kəsik-Qardabani: 102 AZN


Xatırladaq ki, bu marşrut üzrə hərəkət edəcək yeni nəsil qatarlar sərnişinlərin tam rahatlığını və təhlükəsizliyini təmin etmək üçün bütün zəruri infrastrukturla təchiz olunub.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ