Azərbaycanda 5 gün fasiləsiz yağış yağacaq

Azərbaycanda 5 gün fasiləsiz yağış yağacaq
Kateqoriya məlum deyil
T

Bu gündən başlayaraq Azərbaycan ərazisində hava şəraiti kəskin pisləşəcək.

 

Bu haqda Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat daxil olub.

 

Qurumun xəbərdarlığında bildirilir ki, mayın 21-i səhər Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 25-i axşamadək bəzi yerlərdə hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir. 

 

Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi, 21-22-də yağıntıların qısa müddətə güclənəcəyi ehtimalı var. 

 

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

PAYLAŞ