Bakı-Naxçıvan-Bakı uçuşlarının icrası bərpa edildi

Bakı-Naxçıvan-Bakı uçuşlarının icrası bərpa edildi
Kateqoriya məlum deyil
T

"Azərbaycan Hava Yolları" QSC (AZAL) əlverişsiz hava şəraiti səbəbindən müvəqqəti həyata keçirilməyən Bakı–Naxçıvan–Bakı marşrutu üzrə uçuşların icrasını yenidən bərpa edib.

 

Bu barədə Sfera.az-a AZAL-dan məlumat verilib.

 

Bildirilib ki, hazırda qeyd olunan istiqamətdə reyslər planlaşdırılmış qrafikə uyğun yerinə yetirilir.

 

Eyni zamanda, AZAL bölgədə müşahidə olunan qeyri-sabit hava şəraitini daim nəzarətdə saxlayır və uçuşların təhlükəsiz icrasını təmin etmək məqsədilə zəruri əməliyyat qərarlarını qəbul edir.

PAYLAŞ