Logo

İbrahim İbrahimova yeni vəzifə verildi - FOTO

İbrahim İbrahimova yeni vəzifə verildi - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində yeni təyinat olub.

Sfera.az banker.az-a istinadən xəbər verir ki, İbrahim İbrahimov Dövlət Statistika Komitəsi sədrinin müşaviri vəzifəsinə təyin edilib.

O, 2021-ci ilin mayından 2024-cü ilin yanvarına kimi İcbari Sığorta üzrə Dövlət Agentliyinin İnformasiya sisteminin idarə edilməsi departamentinin rəhbəri olub. 2024-cü ilin yanvarından 2026-cı ilin mayına kimi isə "Rəqəmsal Tibbi Həllər" MMC-də Rəqəmsal sistemlərin inkişafı departamentinin rəhbəri kimi çalışıb.

İbrahim İbrahimov 2006-10-cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasında tətbiqi riyaziyyat ixtisası üzrə bakalavr, 2012-14-cü illərdə isə kompüter elmləri ixtisası üzrə magistr dərəcəsinə yiyələnib.

İbrahim İbrahimova yeni vəzifə verildi - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR