Logo

“Azərsun Holdinq”in rəhbər heyəti Ulu Öndərin məzarını ziyarət etdi - FOTO

"Azərsun Holdinq"in rəhbər heyəti Ulu Öndərin məzarını ziyarət etdi - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Tahir Gözel və Şirkətlər Qrupunun rəhbər heyəti Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Fəxri Xiyabanı ziyarət ediblər.

Sfera.az xəbər verir ki, ziyarət zamanı çıxış edən Tahir Gözel bildirib ki, müasir və müstəqil Azərbaycanın formalaşmasında Heydər Əliyevin müstəsna xidmətləri olub.

Onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan beynəlxalq arenada öz layiqli mövqeyini qazanaraq dünya dövlətləri sırasında nüfuzunu daha da möhkəmləndirib.

Ümummilli Liderin əziz xatirəsi dərin hörmət və ehtiramla yad olunub, məzarı önünə əklil və gül dəstələri düzülüb.

Daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın və tanınmış dövlət xadimi Əziz Əliyevin xatirəsi də ehtiramla yad olunub.

"Azərsun Holdinq"in rəhbər heyəti Ulu Öndərin məzarını ziyarət etdi - FOTO

"Azərsun Holdinq"in rəhbər heyəti Ulu Öndərin məzarını ziyarət etdi - FOTO

"Azərsun Holdinq"in rəhbər heyəti Ulu Öndərin məzarını ziyarət etdi - FOTO

"Azərsun Holdinq"in rəhbər heyəti Ulu Öndərin məzarını ziyarət etdi - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR