Logo

Zeynal Nağdəliyev:Zeynal Nağdəliyev: Zavod və müəssisələr işlək vəziyyətə gətirilməlidir

Zeynal Nağdəliyev:Zeynal Nağdəliyev: Zavod və müəssisələr işlək vəziyyətə gətirilməlidir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Dünyada iqtisadi böhran baş verib. Böhran Azərbaycana təsir etməyə bilməzdi. İqtisadi

böhran milli valyutaya təsirini göstərib. Amma etiraf etmək lazımdır ki, bu, ölkəmizdə elə

də ciddi hiss olunmur".

Sfera.az Report-a istinadən bildirir ki, bunu Azərbaycan Prezident Administrasiyası rəhbərinin

müavini, Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal

Nağdəliyev Sumqayıt şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

O qeyd edib ki, Azərbaycanda iqtisadi böhranın aradan qaldırılması istiqamətində işlər görülür:

"Bilirsiz ki, özəlləşdirmə işi surətlə aparılır. Zavod və müəssisələr işlək vəziyyətə gətirilməlidir.

Böhrandan çıxış üçün sahibkarlara şərait yaradılmalıdır, onların fəaliyyət istiqamətləri genişləndirilməlidir".

Z.Nağdəliyev bildirib ki, neftin qiymətinin dünya bazarında düşməsinə baxmayaraq, Azərbaycan

dinamik inkişaf etməkdə davam edir: "Bilirsiz ki, dünyada böhran olduğu halda əmək haqları,

təqaüdlər artırıldı. Bu, prezident İlham Əliyevn yürütdüyü siyasətin nəticəsidir. Dövlət başçısı

bütün problemlərlə maraqlanır, müvafiq tapşırıqlarını verir. 12 ildə xeyli nailiyyət əldə etmişik.

Nailiyyətlərimiz bütün sahələri əhatə edir".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR