Logo

Vüsal Aslanov iki yeni rəis təyin etdi

Vüsal Aslanov iki yeni rəis təyin etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Bakı Metropoliteni” QSC-də yeni kadr təyinatları olub.

Sfera.az bildirir ki, İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı QSC-nin sədri Vüsal Aslanov müvafiq əmrlər imzalayıb.

Belə ki, Sevinc Hacızadə QSC-nin Strateji İnkişaf Departamentinin Layihə İdarəedilməsi şöbəsinin rəisi, Orxan Mustafayev isə Elektrik təchizatı xidmətinin elektrik mühafizəsi və avtoteleidarəetmə distansiyasının rəisi vəzifəsinə təyin edilib.

Məlumat İqtisadiyyat.az-a "Bakı Metropoliteni” QSC-dən təsdiqlənib.

Qeyd edək ki, bu təyinatadək S.Hacızadə "Azərbaycan Dəmir Yolları” (ADY) QSC-də bölmə müdiri, O.Mustafayev isə Sumqayıt Texnologiyalar Data Mərkəzində Energetika şöbəsinin müdiri vəzifəsində çalışıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR