Logo

Bakı metrosunda yeni qatarlar: hələlik ikisini çıxın

Bakı metrosunda yeni qatarlar: hələlik ikisini çıxın
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakı Metropoliteninin yeni "Bənövşəyi xəttində" yeddi vaqonlu qatarlar hərəkət edəcək.

Sfera.az bildirir ki, bu barədə Trend-ə "Bakı Metropoliteni" QSC-nin ictimaiyyətlə

əlaqələr və mətbuat xidmətinin rəisi Nəsimi Paşayev deyib.

Qurum rəsmisi bildirib ki, Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxeminə

görə bənövşəyi xəttin 12 stansiyası olacaq. Həmin xətt Avtovağzaldan başlayaraq

Qaraçuxur qəsəbəsinə qədər uzanacaq: "Hazırda inşası tamamlanmaq üzrə olan

"Avtovağzal" və "Memar Əcəmi-2" metro stansiyaları həmin xətdə yerləşir. Bənövşəyi

xəttin yaşıl və qırmızı xətlə əlaqəsi yalnız keçid stansiyalar vasitəsilə mümkün olacaq.

Məsələn, bənövşəyi xəttin "Memar Əcəmi-2" stansiyasında sərnişinlər yaşıl xəttin

"Memar Əcəmi" stansiyasına keçə biləcəklər. Bu il "Avtovağzal" və "Memar Əcəmi-2"

metro stansiyaları istifadəyə veriləcək. "Bənövşəyi xətt" tamamilə ayrı xətdir".

N.Paşayev deyib ki, bənövşəyi xəttin stansiyaları 7 vaqonlu qatarlar üçün nəzərdə

tutulsa da, ilkin mərhələdə 5 vaqonlu qatarlardan istifadə ediləcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR