Nardarana giriş yenidən bağlandı

Nardarana giriş yenidən bağlandı
APA-nın Nardaranda olan əməkdaşının verdiyi məlumata görə, qəsəbə Daxili Qoşunların və xüsusi təyinatlı polis əməkdaşlarının nəzarətindədir. Qəsəbəyə giriş ancaq Nardaran sakinləri üçün açıqdır. Digər yerlərdən gələnlər isə qəsəbəyə buraxılmır.
 
Nardaran Ağsaqqallar Şurasının sədri Məşədi Natiq Kərimov APA-ya bildirib ki, polis kənd camaatının mərasimə qatılmasına mane olmur: “Biz mərasimimizi keçiririk. Qəsəbəyə kənardan heç kim gəlməyib. Mərasim günorta namazınadək davam edəcək”.
 
Onu da qeyd edək ki, Nardaran qəsəbəsində radikal dini şüarlar, plakatlar və qara bayraqlar dünən yığışdırılıb. Hazırda Nardaran-Maştağa yolunun üstündəki radikal şüarlar və qara bayraqlar da sökülür.
 
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev də bu gün səhər Nardaran qəsəbəsinə gəlib.

OXŞAR XƏBƏRLƏR