90 min müəllimin maaşı ilə bağlı yeni xəbər
Kateqoriya məlum deyil
90 min müəllimin əməkhaqqısı differensial qaydada tənzimlənəcək.
Sfera.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov aprelin 28-də keçirdiyi brifinqdə deyib.
Bildirilib ki, bu il ilk dəfə məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesi həyata keçiriləcək.
“Məktəbəqədər təhsil müəssisələri üzrə sertifikatlaşdırmanın oktyabr ayında təşkili planlaşdırılır”, - deyə agentliyin direktoru qeyd edib./yenisabah






