Logo

İlham Əliyev Gürcüstanın müdafiə nazirini qəbul edib

İlham Əliyev Gürcüstanın müdafiə nazirini qəbul edib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“İkitərəfli əlaqələrimizin bütün sahələrdə inkişaf edir”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də Gürcüstanın müdafiə naziri Tinatin Xidaşelini qəbul edib.

Sfera.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi xəbərə görə, dövlətimizin başçısı bu yaxınlarda Gürcüstana rəsmi səfərini və keçirdiyi görüşlər zamanı ikitərəfli əlaqələrimizi əhatə edən müxtəlif məsələlər ətrafında aparılan səmərəli müzakirələri məmnunluqla xatırladı.

Prezident İlham Əliyev ikitərəfli əlaqələrimizin bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi və energetika sahələrində uğurla inkişaf etdiyini bildirdi.

Dövlətimizin başçısı Gürcüstanın müdafiə naziri Tinatin Xidaşelinin Azərbaycana səfərinin iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığa dair məsələlərin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd etdi.

Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli də Azərbaycana səfərinin ölkələrimizin hərbi strukturları arasında əməkdaşlığın genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi. Tinatin Xidaşeli ölkəsinin Azərbaycan ilə ikitərəfli əlaqələrə xüsusi önəm verdiyini vurğuladı.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR