Logo

Prezident Yevlaxda müşavirə keçirib - FOTOLAR

Prezident Yevlaxda müşavirə keçirib - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Yevlaxda prezident İlham Əliyevin sədrliyi ilə keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsində iqtisadiyyat naziri Şahin Mustafayev, Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Elçin Mədətov, Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov, "Azersun Holdinq” MMC-nin baş icraçı direktoru Savaş Uzan, "Az-Granata” MMC-nin direktoru Rövşən Fərhadov, "Gök-NUR Bakı” MMC-nin müdiri Fərid Fərhadzadə, "D-Fruits Kəndli Təsərrüfatı” MMC-nin təsisçisi İsaməddin Dəmirov, Biznes İnkubator iştirakçısı Ariz Mikayılov çıxış ediblər.

Daha sonra dövlət başçısı yekun nitqi söyləyib.

09:50

Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsi keçirilir. Müşavirə prezident İlham Əliyevin sədrliyi ilə başlayıb. Dövlət başçısı müşavirəni giriş nitqi ilə açıb.

Bu gün dövlət başçısı həmçinin Yevlax şəhərində Aran Regional İnkişaf Mərkəzi ilə tanış olub. İlham Əliyev Mərkəzin foyesində təşkil edilmiş ixracyönümlü qeyri-neft məhsullarının sərgisi ilə tanış olub. İqtisadiyyat naziri Şahin Mustafayev dövlət başçısına sərgidə nümayiş olunan məhsullar barədə məlumat verib. Bildirilib ki, sərgidə qeyri-neft məhsulları ixrac edən 60-dan çox şirkətin 450-yə yaxın çeşiddə şərab, çay, meyvə-tərəvəz, mineral sular, şirələr, bal, şirniyyat, tekstil və digər məhsulları nümayiş olunur. Bu məhsullar daxili tələbata yönəldilməklə yanaşı, Avropa, MDB ölkələri, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Türkiyə, İran, Səudiyyə Ərəbistanı və digər ölkələrə ixrac edilir.

Sonra Azərbaycan Prezidenti Aran Regional İnkişaf Mərkəzində yaradılan şəraitlə tanış olub.

Prezident Yevlaxda müşavirə keçirib - FOTOLAR
Prezident Yevlaxda müşavirə keçirib - FOTOLAR
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR