Logo

Tanınmış balaban ifaçısı dünyasını dəyişdi — FOTO

Tanınmış balaban ifaçısı dünyasını dəyişdi — FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanın Əməkdar mədəniyyət işçisi, balaban ifaçısı Elxan Məmmədov vəfat edib.

Sfera.az report-a istinadla xəbər verir ki, 67 yaşlı sənətkar uzun sürən xərçəng xəstəliyindən sonra dünyasını dəyişib.

Ötən gün səhər saatlarında dünyasını dəyişən balabançı doğulduğu Goranboy rayonunun Balakürd kəndində torpağa tapşırılıb.

Qədim musiqi alətinin mahir ifaçısı olan E.Məmmədov gənc yaşlarında Aşıq Şəmşir, Aşıq Murad Niyazlı, Aşıq Cahad və digər tanınmış saz ifaçılarını müşayiət edib. Azərbaycan Aşıqlar Birliyinin üzvü olan Elxan Məmmədovun adına İranda balaban məktəbi fəaliyyət göstərir. Musiqiçinin qonşu ölkədə yüzlərlə tələbəsi var.

Tanınmış balaban ifaçısı dünyasını dəyişdi — FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR