Zülfüqar Əsədovu öldürən killer tutuldu - VİDEO
Rusiyada azərbaycanlı biznesmeni öldürən killer tutulub.
Sfera.az Rusiya KİV-nə istinadən xəbər verir ki, 32 yaşlı iş adamı Zülfüqar Əsədovu güllələməkdə şübhəli bilinən iki nəfər saxlanılıb. Qətli törətməkdə şübhəli bilinənlər 25 yaşlı yerli –Volqoqrad sakini və onun 27 yaşlı dostudur.
Hüquq-mühafizə orqanları qətlin törədilməsinə səbəb kimi qisas versiyasını da araşdırırlar. Belə ki, şübhəlilərdən birinin əmisi oğlu Z.Əsədova qarşı sui-qəsdə cəhdə görə həbs edilib. Əsədov həmin sui-qəsddən sağ çıxa bilsə də, cinayətkarlar həbsdən xilas ola bilməmişdilər.
Qeyd edilir ki, gənclər qətli törətmək üçün maşın icarəyə götürərək Əsədova avtomobildən çıxıb evinə gedərkən 9 dəfə atəş açıblar.
Xatırladaq ki, əslən Şəmkir rayonundan olan iş adamı sentyabrın 26-da qətlə yetirilmişdi. //qafqazinfo