Logo

Məşhur telekanalın nümayəndələri Bakını gəzdilər - FOTOLAR

Məşhur telekanalın nümayəndələri Bakını gəzdilər - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Sky Sports telekanalının nümayəndələri Bakı Şəhər Halqası ilə tanış olublar. Formula 1 yarışlarının 

yayım hüququna sahib bu kanalın Bakıya səfər edən jurnalistləri Formula 1-in ən yeni şəhər trası

ilə yaxından tanış olublar və burada çəkiliş aparıblar.

Sfera.az bildirir ki, bu barədə Trend-ə Bakı Şəhər Halqasından məlumat verilib.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ötən həftəsonu dünyaca məşhur Sky Sports adlı idman 

telekanalının Formula 1 yarışı üzrə çəkiliş komandasını Bakıda böyük məmnuniyyətlə qonaq etdi.

Bakıya səfər edən Sky Sports heyətinə Formula 1 Paddok Klubunun məşhur aparıcılarından olan 

və "Tedin Gündəliyi" verilişi ilə tanınan Ted Kravitz rəhbərlik etdi. Ted Kravitz bu ilin yayında 

Azərbaycanda ilk dəfə baş tutacaq Formula 1 Avropa Qran-Prisinin keçiriləcəyi trasın xüsusiyyətləri 

haqqında ətraflı məlumat almaq və Bakı Şəhər Halqası barəsində videoreportaj hazırlamaq üçün

paytaxt Bakıya öz çəkiliş qrupu ilə gəldi.

Qonaqlar Bakıya ötən həftənin cümə günü, 29 yanvar tarixində səhər saatlarında təşrif buyurdular

və həmin gün Formula 1 yarışının keçiriləcəyi Bakı Şəhər Halqası (BŞH) ilə bağlı ilkin təəssüratlar

əldə etdilər. Çəkilişlərinə hava limanına enər-enməz başlayan qonaqlar oradan Bakının rəmzi 

olan Alov Qüllələrinə gəldilər. Daha sonra çəkiliş qrupu buradan ardıcıllıqla Fəvvarələr meydanı,

Bayraq Meydanı və 2012-ci ildə Avroviziya mahnı müsabiqəsinin keçirildiyi Bakı Kristal Zalına 

səfər edərək həmin yerlərdə maraqlı məqamları lentə aldılar.

Sonrakı gün, yanvarın 30-da Ted Kravitzin rəhbərliyindəki çəkiliş qrupu Bakı Şəhər Halqasının

inşa olunacağı yerə gəldi. Burada qonaqları BŞH-nın Yarış Obyektinin Tikintisi üzrə rəhbəri Tom 

Batçer müşayiət etdi. Çəkiliş zamanı builki yarış gündəliyinə salınan Avropa Qran-Prisinin

keçiriləcəyi yerin özünəməxsus xüsusiyyətləri, o cümlədən BŞH-nın şəhər trasları arasında 

ən sürətli tras ünvanına sahib olacağı gözləntisi və digər vacib məqamlar əhatə olunub:

Bakının Dənizkənarı bulvarı boyu davam edən əsas sürət xəttində bolidlərin maksimal 

sürətinin saatda 340 km-ə çatacağı gözlənilir.Ehtişamlı görüntüyə malik Hökumət Evindən Paddok və Pit Yolu aydın müşahidə olunur.

Trasın 7-ci döngədən 11-ci döngəyədək olan hissəsi tarixi İçəri Şəhərin divarları boyunca

davam edir.

Trasın 15-ci döngədən sonrakı hissəsi aşağıya doğru yüksək meylliliyə sahibdir və 16-cı 

döngədən sonra tras əsas sürət xətti ilə davam edir.

18-ci döngənin arxa fonunda şəhərin ən qədim binalarından olan Qız qalası yerləşir və bu

hissədən sonra tras əks istiqamətdə davam edən "iki tərəfli yarış zolağı" hissəsinə keçid alır.

Ted və onun komandası BŞH-a valeh oldular. Onlar iyunda baş tutacaq bu yarışı səbrsizliklə

gözlədiklərini bildirdilər:

Gərgin iş şəraitində keçən həftəsonu ərzində Ted, BŞH-nın icraçı direktoru Arif Rəhimov ilə 

də üz-üzə müsahibə almağa vaxt ayıra bilib. Onlar müsahibə zamanı əsasən 2016-cı il Formula

1 Avropa Qran Prisinə hazırlıqla bağlı görülən işlər haqqında danışıblar.

Paytaxt və Bakı Şəhər Halqası ilə əlaqədar çəkilişlərə rəng qatmaq istəyən Sky Sports komandası

bazar günü Bakı küçələrinin unikal mənzərəsinə öz çalarını verən ağ "Lada" avtomobilində

şəhər turu etdilər. Bu avtomobildə onlar, şəhər turunu tamamlamaqla yanaşı BŞH-nı bir daha

ziyarət edərək şəhər trasının əsas məqamları ilə daha yaxından tanış oldular və eyni zamanda

şəhərin kənarında olan neft quyularına da səfər ediblər.

Ted və komandasının Bakıdan hazırladığı video reportajı 18-20 mart tarixlərində baş tutacaq 

Avstraliya Qran-Prisinin yarış həftəsonu ərzində Sky Sports F1 kanalında efirə veriləcək. 

Bundan əlavə, Bakı səfərində aparılmış çəkilişlərin bir hissəsi Sky Sports-a məxsus

"24 saat xəbər" kanalında və eyni zamanda Sky Sports F1-in internet səhifəsində 

(www.skysports.com/file/articles/f1) izləyicilərə təqdim olunacaq.

Biz idman, xüsusən də Formula 1 yarışlarının yayım hüququna sahib olan bir kanalın

nümayəndələrini gözəl şəhərimiz Bakıda üç gün ərzində qonaq etdiyimizə görə çox 

şadıq və ümid edirik ki, bu səfərlə başlanan əməkdaşlığımız uzun müddətli və səmərəli olacaq.Yenidən iyunda Bakıda görüşənədək, salamat qal, Sky!Məşhur telekanalın nümayəndələri Bakını gəzdilər - FOTOLARMəşhur telekanalın nümayəndələri Bakını gəzdilər - FOTOLARMəşhur telekanalın nümayəndələri Bakını gəzdilər - FOTOLARMəşhur telekanalın nümayəndələri Bakını gəzdilər - FOTOLAR

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR