19 yaşlı oğlan özünü güllələdi - AZƏRBAYCANDA

19 yaşlı oğlan özünü güllələdi - AZƏRBAYCANDA

Laçın rayon sakini İsmayıllı rayonunda odlu silahla özünə ağır xəsarət yetirib.

Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qubaxəlilli kəndində qeydə alınıb. Kənd ərazisində məskunlaşan Laçın rayonundan olan məcburi köçkün, 1998-ci il təvəllüdlü Vəliyev Cəsarət Bəxtiyar oğlu ov tüfəngi ilə ehtiyatsız davrandığı üçün qəflətən silahdan açılan atəş nəticəsində özünə ağır xəsarət yetirib. Sağ diz və baldır nahiyəsindən ağır xəsarətlər alan Cəsarət Vəliyev təcili olaraq Ağsu Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. İlkin tibbi yardım göstərildikdən sonra xəsarət alan şəxs müalicə üçün Bakıya göndərilib.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. 


OXŞAR XƏBƏRLƏR

Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir

Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı qərarları Moskva və Kiyev danışıqlar masası arxasında qəbul etməlidir. Hərçənd ABŞ-nin bu məsələdə öz tələbləri var...

Niyə vəhşi heyvanlar safari maşınlarına hücum etmir?

Safari zamanı açıq nəqliyyat vasitəsi ilə yırtıcılara bu qədər yaxınlaşmaq ilk baxışdan çox təhlükəli görünə bilər. Ancaq əslində vəhşi təbiətdə belə turlar təə...

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.   Sfera.az xatırladır ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən ...

Bu qız “Dünya gözəli” seçildi

Tailandlı Suçata Çuanqsri "Miss World" gözəllik müsabiqəsinin qalibi olub. Sfera.az xəbər verir ki, müsabiqənin final mərhələsi Hindistanın ...

Bu sürücülər cərimələndi - VİDEO

Avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə, eləcə də insan sağlamlığına vurduğu zərərin qarşısının alınması məqsədilə Göyçay Rayon Poli...

Fidan münaqişəyə son qoymaq üçün avropalı nazirlərə zəng etdi

Türkiyə və Böyük Britaniyanın xarici işlər nazirləri Hakan Fidan və Jan-Noel Barrot Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün atılan addımları müzakirə ediblə...