Sakinlərin NƏZƏRİNƏ: Aprelin 7-də saat 10:00-dan 13:00-dək…

Sakinlərin NƏZƏRİNƏ: Aprelin 7-də saat 10:00-dan 13:00-dək...
Kateqoriya məlum deyil
T

Lerik rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

 

Sfera.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

 

"Aprelin 7-də Lerik Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq "Lənkəran-1" yarımstansiyasından çıxan 35 kV-luq "Hamarat" hava xəttində təmir işləri aparılacaq.
 

Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Lerikin Bürsülüm, Əliabad, Hamarat, Rvarud, Veri kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.


Təmir işləri yekunlaşdıqdan sonra ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq", - məlumatda qeyd olunub.
 

PAYLAŞ