Leysan olacaq, dolu düşəcək - BU TARİXLƏRDƏ

Leysan olacaq, dolu düşəcək - BU TARİXLƏRDƏ
Kateqoriya məlum deyil
T

Azərbaycanda aprel ayının birinci ongünlüyündə hava şəraiti dəyişkən, fasilələrlə yağıntılı keçəcək.

 

Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumjat yayıb.

 

Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında aprelin 4-ü gündüzdən 6-sı gündüzədək arabir yağış yağacağı gözlənilir.

 

Yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var.

 

Azərbaycanın rayonlarında aprelin 4-ü səhər qərb rayonlarından başlayaraq 7-si səhərədək hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir.

 

Bəzi yerlərdə yağıntıların intensiv, ayrı-ayrı şərq rayonlarında güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur.

 

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarında, xüsusən də Quba-Qusar bölgəsinin çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

 

Aprelin 4-7-də gözlənilən yağıntılı hava şəraitindən sonra 7-si gündüz və 8-də yağıntıda qısa fasilə yaransa da, 9-u gündüzdən yenidən yağıntılı hava şəraiti müşahidə olunacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR