“Türkiyə İŞİD-dən benzin alacaq qədər əxlaqını itirməyib”

“Türkiyə İŞİD-dən benzin alacaq qədər əxlaqını itirməyib”

“Bütün dünyanın haqlı olduğumuzu qəbul etdiyi bir məsələdə Rusiyanın buna qeyri-adekvat reaksiya verməsini təəssüf hissi ilə izləyirik. Bu reaksiyaların davam edəcəyi halda cavab tədbirləri həyata keçirmək məcburiyyəti qarşısında qalacağıq”.

Sfera.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri Qətərdə səfərdə olan prezident Rəcəb Tayyib Ərdoğan deyib.

Prezident bildirib ki, heç kimin Türkiyəyə İŞİD-dən neft alması ilə bağlı iftira atmağa haqqı yoxdur:

“Türkiyə terror təşkilatından benzin alacaq qədər əxlaqi dəyərlərini itirməyib. Bu iftiranı bizə atanlar bunu sübut etmək məcburiyyətindədirlər. Bunu sübut etdikləri halda mən Prezident kürsüsündə bir dəqiqə belə qalmaram. Lakin bizi şərləyənlər də o kürsüdə əyləşməməlidir. Təmiz siyasət bunu tələb edir”, -deyə o əlavə edib.

Ərdoğan həmçinin, Suriya və İraqdakı terrorçulara qarşı da bütün dövlətlərin birlikdə mübarizə aparmalı olduğunu vurğulayıb. //qafqazinfo


OXŞAR XƏBƏRLƏR