ŞAD XƏBƏR! Bu şəxslərin maaşları artırıldı - VİDEO

ŞAD XƏBƏR! Bu şəxslərin maaşları artırıldı - VİDEO

İcbari tibbi sığortanın tətbiq olunduğu Mingəçevir və Yevlax şəhərlərində fevral ayında həkimlərdən sonra indi kiçik və orta tibb işçilərinin də maaşı artırılıb. Söhbət ciddi artımlardan gedir.

İcbari tibbi sığortanın pilot layihə olaraq tətbiq edildiyi Mingəçevir və Yevlax şəhərlərində çalışan tibbi personalın maaşı əhəmiyyətli dərəcədə artıb. Nəticədə kiçik və orta tibb işçilərinin aylıq məvacibi xeyli yüksəlib.

Belə ki, Reanimasiya şöbəsinin və Cərrahiyyə şöbəsinin Əməliyyatxana bölməsinin orta tibb işçilərinin əmək haqları 200 manat, Terapiya, Uşaq, Ginekologiya doğum, Hemodializ, Ailə Sağlamlıq Mərkəzi şöbələri, habelə Aptek və statistika bölmələrində çalışan orta tibb işçilərinin əmək haqları 150 manat, Poliklinika, Fizioterapiya, Laboratoriya, Radiologiya şöbələri, habelə Reanimasiya şöbəsində laborant vəzifəsində çalışan orta tibb işçilərinin əmək haqları isə 120 manat artırılıb.

Bundan başqa əməliyyatxana bölməsində texniki vəzifədə çalışan orta tibb işçilərinin əmək haqları 80 manat, Tibb bacıları şöbəsinin müdiri vəzifəsində çalışan orta tibb işçisinin əmək haqqı isə 850 manat artırılıb, habelə müdir vəzifəsi funksiyalarının icrasına görə bu məbləğin 15%-i həcmində əlavə artım tətbiq olunub.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şöbə müdiri Vüqar Qurbanov pilot layihənin tətbiqindən sonra insanların tibb müəssisələrinə müraciətlərinin artdığına da diqqət çəkib.

Bu dəyişikliklər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin "Pilot layihə çərçivəsində orta və kiçik tibb işçilərinin əmək haqlarına əlavələrin hesablanması və ödənilməsi" Qaydalarını təsdiqləməsi ilə reallaşıb.


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...

Fransa təhlükəsiz peyk rabitəsi üçün lazerləri sınaqdan keçirdi

Fransız texnologiya şirkətləri Fransa Müdafiə İnnovasiyaları Agentliyinin dəstəyi ilə ilkə imza atıb.   “Unseenlabs”ın aşağı orbitli nanope...

“Neftçi”- “Qarabağ” matçının yeri dəyişdi

Azərbaycan Premyer Liqasının VII turunda üz-üzə gələcək “Neftçi”- “Qarabağ” oyununun yeri dəyişdirilib.   Sfera.az Peşəkar Fu...

Trampa sui-qəsd cəhdində şübhəli bilinən şəxsləri bu cəza gözləyir

Floridada ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsd cəhdində ittiham olunan şəxsi 20 ilə qədər həbs cəzası gözləyir.   Sfera.az xəbər verir ki...