Logo

Bakıda yol polislərinin kobud qayda pozuntusu — VİDEO

Bakıda yol polislərinin kobud qayda pozuntusu — VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

YP 499 və YP 248 zebra ilə yol keçən piyadalara yol vermədi

Dövlət yol polisi əməkdaşlarının yol hərəkəti qaydalarını pozmasını

əks etdirən videolar çox yayılıb.

Avtosfer.az-ın təqdim bu video isə ən yenisidir. Daimi oxuculardan

olan Rəşadın göndərdiyi video Binəqədi rayonunda çəkilib.

«Akabe» inşaat adlanan ərazidə piyada keçidindən keçən piyadalara

yol verməyən Yol-Patrul Xidmətinin iki avtomobili hərəkəti sürətlə davam

etdirirlər. Diqqət etsək, onlardan yalnız birinin qayda pozduğunu ehtimal

etmək olar. Yəni, qarşıdakı DYP avtomobilinin hərəkət etdiyi hissədə

piyada yox idi. Piyada əks tərəfdə hərəkət edirdi. Lakin ikinci YPX maşını

yaxınlaşanda artıq piyada həmin hərəkət hissəsinə daxil olmuşdu. Amma

yol polislərinin sürücülərə qarşı münasibəti ilə tutuşdursaq, hər iki DYP

avtomobilinin sürücüsü qaydaları pozub. Çünki bu situasiyada hansı sürücü

olsaydı, yol polisi dərhal ona cərimə tətbiq edəcəkdi. Əslində isə əks zolaqda

olan piyadaya görə sürücülərə cərimə tətbiq edilməsi yanlış yanaşmadır.

O ki qaldı yol polisi avtomobilini operativ nəqliyyat vasitəsi sayılmasına, bəli,

operativdir, amma səs siqnalı və sayrışan işıqlardan istifadə olunmalidir.

Amma bu videodakı YPX maşınlarında bunu görmürük. Onlar keçidə yaxınlaşarkən sürəti azaltmadan hərəkəti davam etdirirlər...

Rəşad yazır ki, bir neçə gün əvvəl yol polisləri onu piyadaya yol vermədiyinə

görə cərimə ediblər, hansı ki, həmin ərazidə keçid yox imiş. Lakin Rəşad bununla

razılaşıb və cəriməni ödəyib. Amma indi Rəşadı düşündürən bir sual var:

99 YP 499 və 99 YP 248 dövlət nömrə nişanlı YPX avtomobillərini idarə edən

yol polisi əməkdaşlarını kim cərimə edəcək? Bu videonun surə[email protected]/* */

ünvanına göndərilsə də, cavab verilməyib.

Qeyd edək ki, bu hadisə ötən il dekabrın 29-da baş verib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR