Türkiyə Rusiyanı bu ölkə ilə əvəz etdi

Türkiyə Rusiyanı bu ölkə ilə əvəz etdi

Türkiyə-Qətər arasında viza rejimi ləğv edilir.

Türkiyə Qətərdən qaz alacaq.

ANS PRESS-in məlumatına görə, Türkiyənin 
BOTAŞ dövlət şirkəti ilə Qətər neft şirkəti arasında sıxılmış maye qaz alqı-satqısına dair memorandum imzalanıb.

Memorandum Türkiyə Prezidenti 
Rəcəb Tayyib Ərdoğanın Qətərə səfəri çərçivəsində razılaşdırılıb. 

Türk prezidenti Qətərə səfəri zamanı jurnalistlərin suallarını cavablandırıb. Ərdoğanın sözlərinə görə, iki ölkə arasında ümumilikdə 15 razılaşma əldə edilib. “Bu gün əldə etdiyimiz 16-cı hesab edilə biləcək razılaşma isə viza rejimin ləğvidir. Bundan sonra Qətər və Türkiyə arasında viza rejimi tətbiq olunmayacaq. Türk və Qətər vətəndaşları rahatlıqla ölkələrimizə gəlib-gedə biləcəklər”- deyə Ərdoğan iki ölkə arasında viza rejiminin ləğv olunmasını təsdiq edib. Ərdoğan bununla əlaqədar Qətərin Şeyxi 
Həməd bin Xəlifə Əl Sani öz təşəkkürünü bildirib.

BOTAŞ və 
"Qatar petroleum" arasında əldə olunan razılığı şərh edən Ərdoğan Qətərin neft şirkətlərinin artıq bir müddətdir ki, Türkiyədə maye qaz sektoruna investisiya yatırmaqla bağlı təşəbbüslərinin olduğunu deyib. "Hazırda Türkiyə məlum hadisələrlə əlaqəli qaz alışı məsələsini yenidən müzakirə edir. Biz də buna müsbət yanaşırıq. Yəqin ki, ya hökumətlər arası ya da fərqli bir şəkildə investisiya yatırılması ilə bağlı qərarlar qəbul ediləcək."