Bakıda ağır qəza: ölənlər və yaralanan var
Kateqoriya məlum deyil
Bu gecə Azərbaycan paytaxtında ağır yol-nəqliyyat hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda "Nissan" markalı minik avtomobili qəzaya uğrayıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü, 1990-cı il təvəllüdlü Yusifov Samir Rafiq oğlunun, 2 naməlum şəxsin cəsədlərini çıxarıb, 1 nəfəri xilas edərək aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 03:18-də başa çatıb.






