Mircəlal Qurbanovun doğum günüdür

Bu gün söz yazarı, bəstəkar, Azərbaycan Yazıçılar Birliyinin üzvü və Prezident təqaüdçüsü Mircəlal Qurbanovun doğum günüdür.
Qeyd edək ki, Mircəlal Qurbanov ədəbiyyat və musiqi sahəsində uzun illərdir fəaliyyət göstərir. Onun söz və bəstəkarlıq yaradıcılığı xalq arasında böyük rəğbət qazanıb, əsərləri hər zaman insanların qəlbinə yol tapır. Onun yaradıcılığı söz və musiqinin vəhdətində dəyərli əsərlər ortaya qoyması ilə seçilir. Keçmiş gömrük polkovniki kimi dövlət xidmətində də nümunə göstərmiş Cəlal Qurbanov, vətənpərvərliyi və prinsipiallığı ilə tanınır.
O, yalnız professional sahədə deyil, həm də cəmiyyətin həssas təbəqələrinə diqqəti ilə diqqət çəkir. Xüsusilə şəhid ailələrinə göstərdiyi qayğı və dəstək onun yüksək humanist vətəndaş mövqeyinin nümunəsidir.
Mircəlal Qurbanovun fəaliyyəti ədəbiyyat, musiqi və sosial sahədə bir-birini tamamlayan, cəmiyyətdə nümunəvi bir obraz yaradan sahələrdə davam edir. Onun bu xüsusiyyətləri həm gənc nəsillər üçün ilham mənbəyidir, həm də peşəkar həmkarları tərəfindən yüksək qiymətləndirilir.
Sfera.az kollektivi olaraq Mircəlal Qurbanovu doğum günü münasibətilə təbrik edir, ona yaradıcılıq uğurları, yeni layihələrdə müvəffəqiyyət və hər zaman sevinc dolu günlər arzulayırıq!
