Dəməşqdə spirtli içki satışı qadağan edildi

Dəməşqdə spirtli içki satışı qadağan edildi
Kateqoriya məlum deyil
T

Dəməşqdə restoran və kafelərdə spirtli içki satışı qadağan edilib.

 

Sfera.az xəbər verir ki, bu barədə Suriya mediası məlumat yayıb.

 

“Bununla bağlı şəhər rəhbərliyi müvafiq sərəncam verib. Qərar ictimai əxlaqa zidd olan təcrübələrin aradan qaldırılması və yerli sakinlərin şikayətləri əsasında qəbul edilib. Alkoqol satışı yalnız xüsusi icazəsi olan və əsasən xristian əhalisinin yaşadığı üç məhəllədə yerləşən müəssisələrdə mümkün olacaq: Bab Tuma, Kassa, Bab Şarki. Şəhərin qalan hissəsində tam qadağa tətbiq olunur”, - məlumatda deyilib.

PAYLAŞ