"Azərbaycan əhalisinin 11 faizi pensiya alır" - Deputat

"Azərbaycan əhalisinin 11 faizi pensiya alır" - Deputat
Kateqoriya məlum deyil
T

"Hazırda Azərbaycanda 1 milyon 99 min pensiyaçı qeydiyyatdan keçib və bu, ölkə əhalisinin 10.7 faizi deməkdir. Pensiyaçıların 65 faizi yaşa görə pensiya alır".
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Vüqar Bayramov deyib.


Onun sözlərinə görə, pensiya məbləğlərində artım tendensiyası davam etməkdədir:


"2025-ci ildə pensiya məbləğləri 9.1 faiz artaraq 541.6 manata çatıb. Yaşa görə pensiya məbləğində 8.9, əlilliyə görə pensiya məbləğində 8.7, ailə başçısını itirməyə görə pensiya məbləğində isə 9.4 faiz artım qeydə alınıb. Aylıq sosial müavinət alanların sayı 4.1 faiz artıb. Hazırda 472 min vətəndaşımız aylıq müavinət alır.
Çoxuşaqlı ailələrin dəstəklənməsi prioritet olaraq qalmaqdadır. Çoxuşaqlı ailələrdə aylıq müavinət alan uşaqların sayında 7.3 faiz artım qeydə alınıb. 1 yaşınadək uşağı olan və aylıq müavinət alan ailələrin sayında isə 17.6 faiz artım olub".

 


Millət vəkili deyib ki, qanunvericiliyə edilən son təşviqedici dəyişikliklərdən sonra əlilliyi olan övladlığa götürülən uşaqların sayı isə 40 faiz artıb:

 

"İnkluzivliyi dəstəkləyən bu humanitar fəaliyyət əlilliyi olan daha çox uşağın övladlığa götürülməsinə imkan yaratmışdır. 2026-cı il yanvarın 1-i vəziyyətinə 76.1 min aztəminatlı ailənin 336.0 min üzvü ünvanlı dövlət sosial yardımı almışdır ki, bu vəsaitlər ödənilən zaman ailədəki uşaqların sayı da nəzərə alınır.

Göründüyü kimi, Prezident İlham Əliyevin sosial sahəyə xüsusi diqqət və qayğısı ölkədə sosial tərəqqi, sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində ardıcıl olaraq mühüm addımların atılmasını təmin edib və bu uğurlar qarşıdakı dövrdə də davam edəcək".


Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ