Logo

Bakıya uçan hərbi təyyarə ilə bağlı İrəvandan açıqlama

Bakıya uçan hərbi təyyarə ilə bağlı İrəvandan açıqlama
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Əlcəzair Hərbi Hava Qüvvələrinə məxsus “Lockheed Martin C-130J-30 Super Hercules” təyyarəsinin Ermənistan üzərindən Azərbaycana uçuşu diplomatik məqsədlər üçün həyata keçirilib.

Sfera.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən yerli KİV-in sorğusuna cavab olaraq bildirilib.

Xarici İşlər Nazirliyinin məlumatına görə, C-130J-nin Bufarikdən Bakıya uçuşu diplomatik məqsədlər üçün həyata keçirilib.

Qeyd edilib ki, təyyarə fevralda Ankaradan Bakıya və Bakıdan Bufarikə (Əlcəzair) uçuşlar üçün Ermənistan hava məkanından istifadə edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR