Logo

Bayramqabağı ət bahalaşdı

Bayramqabağı ət bahalaşdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Paytaxtın Yeni Ramana qəsəbəsində ətin qiymətində artım müşahidə olunur.

Sfera.az xəbər verir ki, Yeni Ramananın inzibati ərazi bölgüsünə daxil olan "Suşa" şəhərciyində bu gündən etibarən həm dana, həm də quzu ətinin qiyməti bahalaşıb. Dünən dana ətinin bir kiloqramı muştərilərə 16-17 manata təklif olunduğu halda bu gün 18 manata satılır. Quzu əti isə heyvanın çəkisindən asılı olaraq 20-21 manata alıcılara təklif olunur.

Qəssablar müxbirimizə söhbət zamanı qiymət artımını rayonlarda ətin bahalaşması ilə əlaqələndiriblər. Onlar Novruz və Ramazan bayramlarının yaxınlasmasının qiymət artımına təsir göstərdiyini bildiriblər./Metbuat.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR