Mina əleyhinə “ağıllı çəkmə” hazırlandı - FOTO

Mina əleyhinə "ağıllı çəkmə" hazırlandı - FOTO
Kateqoriya məlum deyil
T

Lənkəran rayonu Boladi kənd Nahir Axundov adına 1 nömrəli tam orta məktəbin şagirdləri mina təhlükəsindən qorunmaq üçün “ağıllı çəkmə” hazırlayıblar.
 


Sfera.az xəbər verir ki, şagirdlərin hazırladığı sistem çəkmənin alt hissəsinə yerləşdirilən xüsusi mina detektoru prototipi üzərində qurulub.


 
Sistem əsgər addım atmadan əvvəl 6-8 sm məsafədə torpaq altında olan metal və mina ehtimalını müəyyən edərək səs, vibrasiya və ya işıq siqnalı ilə xəbərdarlıq edir.


 
Layihəyə dəstək olan fizika müəllimi Seyran Əliyevin sözlərinə görə, çəkmədə yerləşdirilən piezo element addım zamanı yaranan enerjini elektrik enerjisinə çevirərək batareyanı doldurur və cihazın fasiləsiz işləməsini təmin edir.


 
Qeyd edək ki, bu layihə “Sabahın alimləri” XV Respublika layihə müsabiqəsində qızıl medal qazanıb.

 

Həmçinin, Lənkəran rayonu Boladi kəndi Nahir Axundov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi artıq beşinci dəfədir ki, “Sabahın alimləri” müsabiqəsinin finalında iştirak edib. Məktəbin komandası bundan əvvəl də beynəlxalq səviyyədə uğur əldə edib. Belə ki, gənc tədqiqatçılar SAF 2025 Beynəlxalq STEAM Festivalında fərqli layihə ilə çıxış edərək III yerə layiq görülüb və bürünc medal qazanıblar.

 

Firuzə Əliyeva

Sfera.az

 

PAYLAŞ