Azərbaycanda mikromobillik vasitələrinin istifadəsi artıb

Azərbaycanda mikromobillik vasitələrinin istifadəsi artıb
Kateqoriya məlum deyil
T

2026-cı ildə Azərbaycanda mikromobillik vasitələrindən istifadədə ötən ilin eyni dövrü ilə müqayisədə nəzərəçarpacaq artım qeydə alınıb.


Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat yayılıb.

 

Məlumata görə, 2025-ci ilin fevral ayı ilə müqayisədə 2026-cı ildə mikromobillik xidmətləri üzrə sifarişlərin sayı 2,6 dəfə, istifadəçilərin sayı isə 2,2 dəfə artıb. Eyni zamanda, bu vasitələrlə qət edilən ümumi məsafə də 2,2 dəfə yüksəlib.


Statistikaya əsasən, velosiped sifarişlərində daha böyük artım müşahidə olunub. Belə ki, 2026-cı ildə velosiped sifarişlərinin sayı 64 339-a çataraq ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,8 dəfə artıb.


Mütəxəssislər hesab edir ki, mikromobillik vasitələrinə marağın artması şəhər daxilində alternativ və ekoloji nəqliyyat vasitələrinə tələbatın yüksəlməsi ilə bağlıdır.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ