Logo

Maşını etibarnaməsiz də sürmək olacaq — Yenilik

Maşını etibarnaməsiz də sürmək olacaq — Yenilik
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Sürücü avtomobildədirsə, həmin avtomobili sürücülük hüququ olan istənilən şəxs etibarnaməsiz idarə edə bilər.

Sfera.az Avtosfer.az-a istinadən xəbər verir ki, Yeni İnzibati Xətalar Məcəlləsi

etibarnamə üzrə nəqliyyat vasitəsinin idarə edilməsi zamanı təcrübədə yaranan

bir mübahisəyə birdəfəlik son qoyacaq. Belə ki, hazırda qüvvədə olan Məcəllə

nəqliyyat vasitəsini etibarnamə olmadan yalnız onun sahibi avtomobildə olduqda

idarə edilməsinə icazə verir. Təcrübədə bəzən hesab edilir ki, “sahib” ifadəsi yalnız

mülkiyyətçini və sərəncam hüququnu ehtiva edən etibarnaməsi (“baş etibarnaməsi”)

olan şəxsi nəzərdə tutur. Ona görə də sürmək üçün etibarnaməsi olan şəxsin özü

avtomobildə olsa da digər şəxsin belə avtomobili idarə etməsi qanunsuz sayılır və

buna görə cərimə tətbiq olunur. Düzdür, bu yanaşma mülki qanunvericiliyin mahiyyətinə

ziddir və dəfələrlə mütəxəssislər də belə yanaşmanı doğru olmadığına dair şərhlər

veriblər. Amma indi də bəzən buna görə cərimələnənlər olur.

Yeni Məcəllə bütün bu mübahisələrə son qoyaraq, birbaşa təsbit edir ki, əgər nəqliyyat 

vasitəsinin mülkiyyətçisi, yaxud etibarnamə və ya icarə müqaviləsi əsasında onu

idarə etmək hüququ olan şəxs avtomobildədirsə, həmin avtomobili sürücülük hüququ

olan istənilən şəxs etibarnaməsiz idarə edə bilər. Başqa sözlə, etibarnamə yalnız

sürmək üçün verilmiş olsa da, belə etibarnaməsi olan şəxs avtomobildədirsə, onu

digər şəxs hər hansı problemsiz idarə edə bilər. Bu yenilik daha çox “ayıq sürücü”

xidmətindən istifadə edənlərin işini asanlaşdırmış olacaq.


Yeni Məcəllənin bu ilin may ayın 1-dən qüvvəyə minəcəyi gözlənilir.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR