5 000 manat oğurlayan şəxs: Özümə əyin-baş aldım - VİDEO
Abşeron rayon Polis İdarəsinin əməkdaşları rayon ərazisində tikinti materialları oğurlayan şəxsi saxlayıb.
Sfera.az Region TV-yə istinadən xəbər verir ki, saxlanılaraq idarəyə gətirilən Masallı rayon sakini Seymur Səfərov istintaq zamanı törətdiyi cinayəti etiraf edib.
Onun sözlərinə görə, oğurluğu törətməmişdən öncə tikinti materiallarının olduğu ərazini əvvəlcədən müşahidə edib.
Uyğun bir zamanda oradan oğurluq edib. Seymur oğurladığı dəmirləri Dərnəgül bazarında 5000 manata satdığını bildirib.
"Qonşu obyektdə işləyirdim, hasar hörürdüm. Hörə-hörə oranı izləyirdim. Gördüm ki, gəliş-gediş yoxdur, girdim. Pulları da yedim, özümə əyin baş aldım, lazım olan yerlərə göndərdim".
Bundan əvvəl xuliqanlıq əməli törətdiyinə görə, həbsdə olmuş Seymur Səfərovun bu dəfəki əməli Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə qiymətləndirilib.
Faktla bağlı Abşeron rayon Polis İdarəsində başlanan cinayət işi üzrə araşdırmalar davam edir.