\"Mənə deyirdi, \"əmi, toyumu Bakıda edərsiniz\"\" - Dilbər son mənzilə yola salındı - FOTOLAR

\

Sankt-Peterburq metrosunda baş verən partlayış nəticəsində həyatını itirən 21 yaşlı azərbaycanlı gənc Dilbər Əliyevanın cənazəsi bu gün torpağa tapşırıldı. Sputnik Azərbaycan-ın əməkdaşının da qatıldığı dəfn mərasimində yüzlərlə insan iştirak edib. Başsağlığına gələn insanlar üçün ərazidə 3 yas çadırı qurulmuşdu.

Sfera.az sputnik.az-a istinadən bildirir ki, Dilbər Əliyeva ilə vida marəsimi Dilbər Əliyevanın əmisi Zakir Əliyevin sözlərinə görə, Dilbər 1996-cı ildə Sankt-Peterburqda dünyaya gəlib, Rusiya vətəndaşı olub. Əslən Gürcüstandan olan Əliyevlər ailəsi uzun illər Sankt-Peterburqda yaşayıb. "Çox sevimli qız idi. Bu il institutu bitirəcəkdi. Sonuncu kursda oxuyurdu..." - deyir əmisi.

Z. Əliyevin sözlərinə görə, hadisə barədə internet vasitəsilə məlumat alıb. Sonradan qardaşına zəng edərək, ondan Dilbərin ağır yaralandığı xəbərini öyrənib: "Sonra dedilər ki, onun həyatını qurtarmaq mümkün olmayıb".

 

Yas çadırı "Dilbərin qardaşı da Sankt-Peterburda təhsil alır. Bir bacı, bir qardaş idilər. Qardaşım qızın təhsilini bitirməsini gözləyirdi. Deyirdi ki, "qız təhsilini bitirsin, köçüb gələcəyik Azərbaycana". Onlar Azərbayacan çox bağlı bir ailədir" - Z. Əliyev danışır. Dilbərin xalasının yoldaşı Musa Rzayev də onu pozitiv bir qız kimi xarakterizə edib: "Sankt-Peterburq Universitetinin Psixologiya fakültəsində təhsil alırdı. Çox savadlı qız idi. Arzulayırdı ki, uşaq psixoloqu olsun. Uşaqları çox sevirdi".

Cənazə namazı M. Rzayev bildirir ki, hadisəsən sonra Dilbərin atası ona zəng edərək, Dilbərin başına gələnləri danışıb: "Dedi, sağ tərəfdən yaralanıb. Qəlpələr sağ qolunu parçalayıb, ayağını qoparıb, xəstəxanaya gedənədək çox qan itirib. Sonra da dünyasını dəyişib". "Yayda Dilbər bir ay Bakıda qaldı. O, fərqli uşaq idi. Onun elə ideyaları, elə fikirləri vardı ki... Mənə deyirdi, "əmi, toyumu Bakıda edərsiniz". Qismət olmadı" - Rzayev bunları danışdıqca göz yaşlarını saxlaya bilmir...

Dilbərin atası və qardaşı onun məzarı başında Nəhayət Dilbərin cənazəsi götürüldü. Bu acıya dözmək çətin idi. Anası Güllü xanım, bibiləri, nənələri Dilbəri oxşayıb ağlayırdılar. "Kəfənimi oğurladın, a bala" - deyə nənəsi inildəyirdi. Dilbərin dostu Ülvin Şirinzadənin sözlərinə görə, Dilbər genişürəkli, həyatsevər qız olub: "Mehriban idi, valideynlərinə çox hörmət edirdi. Uzun müddət Rusiyada yaşasa da, vətənini çox sevirdi. Ailəsi düşünürdü ki, Azərbaycana qayıdıb, burda yaşasınlar. Ancaq qismət olmadı". "Ən böyük arzusu psixoloq olmaq idi. Deyirdi ki, psixoloq olub, insanların dərdlərinə şərik olmaq istəyir. Amma özü bir dərd oldu sevənləri üçün. Biz onu tez itirdik. Allah rəhmət eləsin" - deyir Ülvin. Dilbər Əliyeva Suraxanı, Dədə Qorqud qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn edildi.

Dilbər Əliyeva Dədə Qorqud qəbiristanlıqda dəfn edildi Xatırladaq ki, bu il aprelin 3-də Rusiyanın Sankt-Peterburq metrosunun "Sennaya ploşad" və "Texnoloqiçeskiy institut-2" stansiyalarında baş verən partlayış nəticəsində 14 nəfər ölüb, 49 nəfər isə xəsarət alıb. Rusiya Federasiyasının İstintaq Komitəsi hadisə ilə əlaqədar "Terror aktı" maddəsi ilə cinayət içi açıb.


OXŞAR XƏBƏRLƏR

İtaliyanın bu kəndində əhaliyə xəstələnmək qadağan edildi

İtaliyanın Belkastro kəndində sakinlərə təcili tibbi yardım tələb edən ağır xəstəliyə tutulmaq qadağan edilib.   Sfera.az xarici KİV-ə istinadən...

Xaçmaz sakinindən "Kalaşnikov" götürüldü - VİDEO

Xaçmaz rayon sakini əvvəllər məhkum olunmuş Rüstəm Qeybullayevin qanunsuz olaraq odlu silah-sursat saxlaması barədə polisə məlumat daxil olub.    ...

Unibank kartları ilə ödəniş edin, yüksək keşbek qazanın!

İndi ödənişlərinizi Unibank kartınızla edib, yüksək gəlir qazana bilərsiniz. Çünki Unibank kartlarında keşbek funksiyası bərpa olunub. Etdiyiniz ödənişlərə keşb...

Azərbaycana 41 qızıl külçə keçirən məmurun FOTOSU

Xəbər verdiyimiz kimi, ölkəyə qaçaqmalçılıq yolu ilə qızıl külçə keçirmək cinayətinin törədilməsində iştirak edən vəzifəli şəxs həbs edilib.   Sfera....

Ruslar cəbhə istiqamətində SÜRƏTLƏ İRƏLİLƏDİ - Ukrayna bu əraziləri itirdi

Rusiyanın silahlı birləşmələri son sutkada həm Ukrayna cəbhəsində, həm də Kursk vilayətində irəliləməyə nail olub.   Sfera.az UNİAN-a istinadən xəbə...

"Ukrayna Kainatın mərkəzi deyil, buna son qoymalıyıq" - Depetris

“Ukrayna münaqişəsi çərçivədən kənara çıxmamalıdır”.   Sfera.az bildirir ki, bu barədə amerikalı köşə yazarı Daniel Depetris “The F...