İki övladının başı kəsilən qadından XƏBƏR VAR

İki övladının başı kəsilən qadından XƏBƏR VAR
Keçən həftənin şənbə günü Bakının Nərimanov rayonunda – Keşlə qəsəbəsində qohumu 20 yaşlı Azər Cəfərov tərəfindən ölümcül hala salınan Lətifə Qasımovanın vəziyyəti ağır olaraq qalır.

Qadının müalicə olunduğu 1 saylı şəhər xəstəxanasından bildirilib ki, o hələ də reanimasiya şöbəsindədir və həyatına təhlükə qalmaqdadır. L.Qasımovanın bədəninin müxtəlif yerlərində: boğazında, əl-ayaqlarında çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlər var.

Yaxınlar bildiriblər ki, gözlərini açsa və az da olsa ünsiyyət qura bilsə də, 55 yaşlı qadına övladlarının öldürülməsi ilə bağlı hələ də informasiya verilməyib.

Qeyd edək ki, məlum cinayəti törədən A.Cəfərov L.Qasımovanın bacısının kürəkənidir. O, qarət məqsədi ilə yoldaşının xalasının ailə üzvlərini öldürmək qərarına gəlib. Əvvəllər xuliqanlıq və yol qəzası törətdiyinə görə həbsxana həyatı yaşamış Azər 16 yaşlı Saqil Qasımzadəni aldadaraq küçəyə çılxardıqdan sonra bıçaqla onun boğazını kəsib. Daha sonra evə gələn qatil ailənin digər övladı, 26 yaşlı Fəridə Qasımzadəni eyni üsulla qətlə yetirib və Lətifə Qasımovanı da öldürməyə çalışıb. Evdən 207 dollar və 250 manat götürən şəxs qətlə yetirdiyi şəxslərin meyitini özünə məxsus 90 HK 308 dövlət nömrə nişanlı avtomobilə qoyaraq uzaqlaşıb. Müşahidə kameralarına düşən şəxs avtomobili ilə birgə çox keüçmədən yaxalanıb.

Baş vermiş hadisə ilə bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1; 120.2.7; 120.2.11; 29,120.2.7; 181.3.3 maddələri ilə cinayət işi başlanıb.

Onu da qeyd edək ki, qətlə yetirilən 2001-ci il təvəllüdlü Qasımzadə Saqil Səxavət oğlu və onun 26 yaşlı bacısı Fəridə 2015-ci ilin dekabrında Xəzərdə baş vermiş dəhşətli yanğın nəticəsində həlak olmuş İman Qasımovun qardaşının övladlarıdır. Onlar Kəlbəcər rayonundan məcburi köçkündürlər.

mənbə: lent.az

OXŞAR XƏBƏRLƏR

İsveçin müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırıldı

İsveçin müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb. ...

İkili diplomu olan tələbələrin sayı açıqlandı

2024-2025-ci tədris ilində beynəlxalq ikili diplom proqramları üzrə təhsil hüququ qazanan və məzun olan şəxslərin sayı açıqlanıb.    Sfera.az xə...

"Mobil tətbiq üzrə rəqibimiz yoxdur" - Nadir Babazadə

"Mobil tətbiq üzrə özümüzə rəqib görmürük".   Sfera.az xəbər verir ki, bunu bu gün keçirilən ABB İnvest şirkətinin fəaliyyətinə dair mətbu...

Bakıda dərzi iş yerində öldü

Bakıda dərzi işlədiyi sexdə vəfat edib.   Sfera.az xəbər verir ki, hadisə Səbail rayonu Nizami küçəsi 84-də yerləşən dərzi sexində baş verib. &nbs...

Şəxsiyyət vəsiqələrində mühüm DƏYİŞİKLİK – Yeni QANUN qəbul edildi

Azərbaycanda şəxsiyyət vəsiqəsinin üzərində olan məlumatlara şəxsin ünvanı da əlavə olunacaq. Bu, Milli Məclisdə müzakirəyə çıxarılan “Azərbaycan Respubli...

Oğuzda ağac kəsiminə görə polisdə cinayət işi başladı

Oğuzun Xalxal kəndində meşə təsərüfatına vurulan zərərlə bağlı istintaq araşdırmaları aparılır.   DİN-in Mətbuat xidmətinin regional qrupundan Sfera....