Logo

İlham Əliyevə mükafat verildi

İlham Əliyevə mükafat verildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin İstanbul şəhərinin Çekmeköy bələdiyyəsinin aylıq nəşri olan "Çekmeköy 2023” jurnalının təsis etdiyi Beynəlxalq Dostluq Mükafatı ilə təltif edilib.

Sfera.az Azərtac-a istinadən xəbər verir ki, dövlət başçısı bu mükafata 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhdin qarşısının alınması, qardaş ölkədə dövlətçiliyin, qanuni hakimiyyətin qorunması ilə bağlı göstərdiyi qətiyyətli mövqeyə görə layiq görülüb.

Mükafatı aprelin 5-də İstanbulun "Çırağan” Sarayında təşkil olunan təntənəli mərasimdə Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev qəbul edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR