“Bizi İŞİD-lə neft alverində günahlandırmaq qeyri-əxlaqidir”

“Bizi İŞİD-lə neft alverində günahlandırmaq qeyri-əxlaqidir”
“Türkiyə olaraq Balkanlara, Qafqaza, Aralıq dənizi hövzəsinə, İraqa necə biganə qala bilməriksə, Suriyada baş verənlərə də o cür biganə qala bilmərik. Rusiya Suriyada nə axtarır? Deyirlər ki, Suriya rəhbərliyi dəvət edib, ona görə getmişik. Hər dəvəti qəbul etmək məcburiyyətində deyilsiniz. 380 min adamı öldürən qatil Əsədin dəvətinə razılaşmaq məcburiyyətində deyilsiniz. O, qeyri-legitim bir hökumətdir. Bunu hörmətli Putinə də çox söylədim”.  
 
APA-nın “milliyet.com.tr” saytına istian dən verdiyi məlumata görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Türk İş” həmkarlar təşkilatının qurultayında çıxış edərkən deyib. O bildirib ki, İŞİD-i bəsləyən də Suriya rejimidir: “Rusiyada son günlər bir dəb var, guya Türkiyə İŞİD-den neft alır. Üstəlik, ailəmi də bu işə qatırlar. Bu, əxlaqi deyil. Bunu daha əvvəl İran televiziyaları da etmişdi. İran prezidenti ilə danışdım, dedim ki, “baxın, siz çox böyük yanlışa yol verirsiniz, əgər belə davam edərsə, bunun nəticəsi İran üçün çox ağır ola bilər”. Təxminən 10 gün davam etdilər, sonra dayandırdılar. İftira, yalan üzərində qurulan sistemlər bu işə daha çox əl atır. Bu iddialarını sənədlərlə sübut etsələr, mən bu vəzifədə qalmaram, amma sübut edə bilməsələr, onlar öz postlarında qalacaqmı? O zaman Putin də vəzifəsini tərk etsin”.
 
R. T. Ərdoğan Türkiyənin öz suveren hüquqlarından ən kiçik güzəştə belə getməyəcəyini vurğulayıb: “Bu millət ac qalar, amma istiqlalından vaz keçməz”. 

OXŞAR XƏBƏRLƏR