"Məhsəti"yə ayrılan pullar hara getdi? – Qüdrət Həsənquliyevdən sual

"Ayrılmış vəsaitlərdən istifadəyə görə məsuliyyət yalnız formal xarakter daşımamalıdır".
Sfera.az xəbər verir ki, xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev parlamentin bugünkü plenar iclasında “Mədəniyyət haqqında” Qanunun müzakirəsi zamanı deyib.
“"Məhsəti" filmi çəkildi. Lakin qadağan olundu və film təqdim olunmadı. Bəs bu filmə ayrılan vəasitin taleyi necə oldu? Xarici şirkətlər tərəfindən çəkilən filmlərdə bəzi vəsaitlərin geri qaytarılacağı qeyd edilib. Bəs bizdə də bu vəziyyət yaranacaqmı? Aidiyyatı qurumlar bu məsələyə ciddi yanaşmalıdırlar. Həmin filmin mətnini kim oxudu? Kim razı oldu onun çəkilib hazırlanmasına? Həmin şəxslər bunun Azərbaycanda necə qarşılanacağını analiz edə bilmədi? Bu qədər büdcə ayrılır, xərc çəkilir nəticədə həmin film təqdim olunmadı. Bu ciddi məsələdir.
Həmin vəsaitin ayrılmasına qərar verən və bu prosesdə iştirak edən vəzifəli şəxslər də öz fəaliyyətlərinə görə birbaşa məsuliyyət daşımalıdırlar. Əks halda, vəsait ayrıldıqdan sonra onun istifadəsi ilə bağlı problemlər yarandıqda məsuliyyətin müəyyənləşdirilməsi çətinləşir və nəzarət mexanizmləri faktiki olaraq nəticəsiz qalır. Bu səbəbdən, vəsaitlərin ayrılması və istifadəsi prosesində iştirak edən aidiyyəti şəxslərin birbaşa məsuliyyətinin qanunvericilikdə açıq şəkildə təsbit olunmasını məqsədəuyğun hesab edirəm".
Firuzə Əliyeva
Sfera.az
