Təcavüz edilərək öldürülən Özgəcanın qatillərinə hökm oxundu - VİDEO
Cəmiyyət
05:18 / 04.12.2015
1080
Hökmü məhkəmə salonundakılar alqışlarla qarşılayıblar
Bizimyol.info xəbər verir ki, 2015-cı ilin fevral ayında Türkiyənin Mersin şəhərində universitet tələbəsi 20 yaşlı Özgecan Aslana təcavüz edərək, onun əllərini kəsən və daha sonra isə yandıraraq dərəyə atan mikroavtobusun sürücüsü Suphi Altındöken, onun atası Necmettin Altındöken və dostu Fatih Gökçeyə hökm oxunub. Tarsus 1-ci Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxan 3 şəxsə, ömürlük azadlıqdan məhrumetmə cəzası verilib. Hökmü məhkəmə salonundakılar alqışlarla qarşılayıblar.
Xatırladaq ki, 11 fevral 2015-cil il tarixində Mersin şəhərində yaşayan 20 yaşlı universitet tələbəsi Özgecan Aslan, universitetdən çıxaraq alış-veriş mərkəzinə gedib. Alış-veriş mərkəzindən ayrılan Özgecan Aslan, daha sonra şəhərlərarası sərnişin daşıyan mikroavtobusa minib. Qızın tək olduğunu görən Suphi adlı sürücü, mikroavtobusu Çamalan kəndi yaxınlığında saxlayıb. Suphi gənc qızı döyərək ona təcavüz etmək istəyib. İstəyinə nail ola bilməyən sürücü, Özgəcanı vəhşicəsinə döyüb. Huşunu itirən qızı mikroavtobusa qoyan Suphi, daha sonra dostu Fatih və atası Necmettinlə görüşüb. Fatih qızın əllərini kəsib. Cinayətkarlar daha sonra gənc qızı yandıraraq dərəyə atıblar.