“Əminin qardaşı qızını qaçırması zinadır” - Hacı Şahin

“Əminin qardaşı qızını qaçırması zinadır” - Hacı Şahin

Gəncədə 38 yaşlı Həsən Səfərovun öz qardaşı qızını qaçırıb onunla dini kəbin kəsdirməsi ictimaiyyətdə ciddi müzakirələrə səbəb olub.

Sfera.az məsələyə dini baxımdan aydınlıq gətirmək üçün "Məşədi Dadaş” məscidinin axundu Hacı Şahin Həsənliyə müraciət edib.

Ş.Həsənli bildirib ki, əminin qardaşı qızını qaçırması zinadır: "Bu, dinimizdə qeyri-qanunu cinsi münasibət, yəni zina hesab olunur. Zinanın ən ağır növlərindən biri ərli qadınlarla zina etməkdir. Digər tərəfdən insan üçün məhrəm kateqoriyasına aid edilən insanlar var. Əmi ilə qardaşın qızı biri-birinə məhrəm sayılır. Onlar arasında cinsi münasibət qətiyyətlə qadağan edilir. Bu, böyük bir günahdır, onların evli olması isə ayrıca bir günahdır. Din belə bir münasibəti kökündən qanunsuz hesab edir və bu münasibətin qurulması düzgün deyil. Bu adamlara dini kəbin oxuna bilməz. Əgər oxunarsa, onun heç bir legitimliyi olmur, batil kəbindir”.

Ş.Həsənli batil kəbini oxuyan din xadiminin cəzasının axirətdə veriləcəyini bildirib: "Qafqaz Müsəlmanları İdarəsi əməkdaşlarına təlimat verib ki, kəbin nikah haqqında şəhadətnamə əsasında oxunsun. İdarəyə aidiyytaı olmayan adamlar bəzən kəbini düzgün oxumurlar. Bu hadisə ilə bağlı kəbin oxumaq günaha şərik olmaqdır. Şəriət qanunsuz dini kəbin oxumağı qadağan edir, amma bunun üçün hər hansı cəza yoxdur. O şəxslər öz cəzasını axirətdə alacaqlar”.  


OXŞAR XƏBƏRLƏR

Tovuzda dönərdən zəhərlənən şəxslərin yaxınları baş verənləri DANIŞDI - VİDEO

Tovuzda baş vermiş zəhərlənmə hadisəsinin təfərrüatı məlum olub.   Sfera.az  Xəzər TV-yə istinadla xəbər verir ki, zərərçəkənlərin yaxınlar...

Təranə Səmədova həbsxanadan Lalə Azərtaşa məktub yazıb

Prodüser Təranə Səmədova həbsxanadan Lalə Azərtaşa məktub yazıb.   Sfera.az xəbər verir ki, aparıcı məktubu efirdə oxuyub.   Təranə məktub...

Vüsal Murtuzəliyev reanimasiyaya yerləşdirilməsindən yazdı

Şükür, mənim üçün də bu ağır günlərin sonu xeyirlə başa çatdı. Artıq yavaş-yavaş bərpa oluram. Həkimin tövsiyəsiylə telefondan, internetdən bir müddət maksimum ...

İmtahandan maksimum bal yığdı

Sumqayıt şəhər 1 nömrəli məktəbin biologiya müəllimi Zəhra Süleymanova sertifikasiya imtahanında 60 bal toplayıb.   Sera.az xəbər verir ki, bu bfarəd...

Paraşütçü tullanma zamanı başqa bir paraşütçü ilə toqquşaraq həyatını itirdi

ABŞ-ın Corciya ştatında keçirilən atlama zamanı 48 yaşlı paraşütçü Jasmin Blək havada başqa bir paraşütçünün paraşütü ilə toqquşaraq həyatını itirib. Sfera.a...

Dima Bilanın səsi batıb

Rusiyanın Əməkdar artisti Dima Bilanın səsi tutulub.   Sfera.az xəbər verir ki, bu barədə ifaçı özü məlumat yayıb. O, bu səbəbdən Soçidəki konse...