Əcnəbilər niyə daha çox tikintidə çalışır? -Ekspert rəyi

Əcnəbilər niyə daha çox tikintidə çalışır? -Ekspert rəyi
Kateqoriya məlum deyil
T

2025-ci ilin sonuna ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün verilən və müddəti uzadılan iş icazələrindən qüvvədə olanlara malik olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 7990 nəfər olub. Onlardan 34,3 faizi tikintidə, 10 faizi mədənçıxarma sənayesində, 8,9 faizi emal sənayesində, 7,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 5,7 faizi təhsil, 5,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri və 27,9 faizi digər sahələrdə məşğul olmaq üçün iş icazələrinə malik olub. 

 

Maraqlıdır, əcnəbilər niyə tikintidə daha çox işləyir?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov bildirib ki, bunun bir neçə səbəbi var.

 

 

Onun sözlərinə görə, ölkəmizdə tikinti sahəsində ənənəvi olaraq mütəxəssislər çatmır:

 

“Bakı Olimpiya İdman Kompleksi və Alov Qüllələri kimi mürəkkəb tikililər inşa edilərkən elektrik, quraşdırıcı və s. kimi əsaslı fəhlə peşələri çatmırdı. Buna görə də məcbur şəkildə əcnəbi ixtisaslı fəhlələr dəvət olundu. İndi də Qarabağ ərazisində tikinti işləri gedir, infastruktur, yaşayış və qeyri-yaşayış tikintiləri aparılır. Orada xeyli əcnəbi cəlb olunub. Digər sektorlardan isə neft şirkətlərində belə işçilər var ki, bildiyim qədər, onlar heç qeydiyyatdan keçirilmir. Həmçinin ölkəmizdə kvota müəyyən olunur. Kvota adətən ixtisaslar, peşələr, ərazilər üzrə edilməlidir, bizdə isə ümumi qoyulub”.

 

Firuzə Əliyeva
Sfera.az 

PAYLAŞ