Gözlənilən görüş baş tutdu - Rusiya və Türkiyə rəsmiləri nədən danışdılar?

Gözlənilən görüş baş tutdu - Rusiya və Türkiyə rəsmiləri nədən danışdılar?

Rusiyanın xarici işlər naziri Sergey lavrov və türkiyəli həmkarı Mövlud Çavuoğlunun Belqradda görüşü baş tutub.

“Qafqazinfo” RİA Novosti-yə istinadən xəbər verir ki, son günlərin ən çox gözlənilən görüşü ATƏT-ə üzv ölkələrin XİN rəhbərlərinin toplantısı çərçivəsində keçirilib. Mətbuata qapalı olan görüş 40 dəqiqə davam edib.

Həmkarı ilə qarşılaşandan sonra Çavuoğlun ilk açıqlamasını da verib. O, “Su-24” təyyarəsi ilə bağlı insidenti İŞİD-ə qarşı mübarizə ilə qarışdırmağın gərəksiz olduğunu qeyd edib:

“Ortaya atılan iddialara qarşı öz cavablarımızı verdik. Yeganə istədiyimiz şey-onların arqumentsiz iddialarından imtina etmələridir. İndiyə qədər cavab verməmişdik, amma belə davam edə bilməz...”

Lavros isə Türkiyə XİN rəhbəri ilə görüşdən Rusiyanın heç nə qazanmadığını, görüşün mənasız keçdiyini bildirib:

“Mövlud Çavuoğludan yeni, təzə heç nə eşitmədik. O, yalnız prezidenti Ərdoğanın dediklərini təkrar etdi”.


OXŞAR XƏBƏRLƏR