Telefon ayaqyoluna düşən zaman nə etməli?

Telefon ayaqyoluna düşən zaman nə etməli?

Yəqin ki, aranızda telefonu ayaqyoluna düşən az olmayıb. Belə bir məsələ qarşısında insanlar özlərini çarəsiz hesab edir amma unudurlar ki, çarə hər zaman var. Unvan.az technote.az-a istinadən bu məsələnin həlli prosesini təqdim edir:

1. Bir yolunu tapıb telefonu oradan dərhal azad edin və qətiyyən telefonu yumağa cəhd etməyin. Qaş düzəltdiyiniz yerdə gözü çıxarmış olarsınız. ( əgər telefonu azad edə bilmədinizsə, suyu çəkmək haqqında da düşünməyin )

2. Telefonu məlum yerdən çıxardıqdan sonra söndürün və bacardığınız qədər hissələrə ayırın. Gövdəni və hissələri yumşaq bezlə qurulayın.
3. Düyü ilə dolu bir paketin havasını çıxarın və telefonu bir müddət həmin yerdə saxlayın.

4. Daha sonra telefonu isti bir yerdə 24 saat saxlayın.

5. Nəhayət telefonu aça bilərsiniz, əgər işləməsə, batareyanı yeniləyin, yox, əgər yenə alınmasa, yeni telefon axtarmaq lazımdır.

Qeyd: qətiyyən telefonu fenlə qurutmağa çalışmayın, bu suyun daha da yayılmasına səbəb olur.


OXŞAR XƏBƏRLƏR