"Abid Şərifovu Bakıdan İsrailə təcili aparıblar" - Millət vəkili
Cəmiyyət
14:37 / 04.04.2017
556
Milli Məclisin yəhudi əsilli deputatı, Azərbaycan-İsrail Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Yevda Abramov Baş nazirin müavini Abid Şərifovun İsraildə əməliyyat olunmasına münasibət bildirib.
BiG.AZ-ın məlumatına görə, Y.Abramov publika.az-açıqlamasında deyib ki, Abid Şərifov hazırda İsrailin Hayfa şəhərindəki xəstəxanada müalicə olunur: "Mən Abid müəllimin İsraildə əməliyyat olunmasını 2 gün sonra bilmişəm. Onu Bakıdan İsrailə təcili aparıblar. Hazırda da Abid Şərifov İsraildədir. Yəqin ki, hələ bir neçə gün orada həkim nəzarətində olacaq".