Ana qızı üçün canını qurban verdi - Özü öldü, qızı komadadır
Cəmiyyət
14:56 / 04.04.2017
600
Ötən gün Sankt-Peterburqdakı metroda baş verən teraktla bağlı xəbərlər gəlməkdə davam edir.
Hadisə nəticəsində ölən 11 nəfərdən biri 50 yaşlı Irina Medyantsevadır. O, qızının yaşaması üçün canını qurban verib. Belə ki, qadın Yelena adlı qızını xilas etmək üçün qalxan kimi onun qarşısına keçib.
50 yaşlı ana ölüb, qızı Yelena isə komadadır.
///Milli.Az